Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Kataloniyada müstəqillik referendumu rəsmən elan edildi

İspaniyada muxtar vilayət olan Kataloniyanın başçısı Artur Mas sentyabrın 27-də fərman imzalayaraq müstəqillik referendumunu rəsmən elan edib. Referendum noyabrın 9-na təyin olunub.

Referenduma daha əvvəl vilayət parlamenti 106 deputat lehinə, 28 deputat əleyhinə olmaqla dəstək vermişdi.

Referenduma “Siz Kataloniyanın dövlət olmasını istəyirsinizmi”, “Kataloniyanın müstəqil dövlət olmasını istəyirsinizmi” sualları çıxarılıb.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber