Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2014

Messidən yeni rekord

Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Argentina milli komandasının üzvü İspaniya La Liqasının VI turunda “Nou Kamp”da “Qranada” ilə baş tutan matçda həm rekord vurub, həm də yubileylə yadda qalıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənən Leo karyerasında 400-cü qoluna sevinib. Bundan 20 dəqiqə sonra (82) isə Messi oyunda komandasının 6-cı, özünün isə 2-ci topunu rəqibin qapısından keçirib ki, bu da Lionel üçün əlamətdar olub.

Belə ki, cənubi amerikalı La Liqada 247 dəfə fərqlənib. Bu isə rəqib qapıçılarını 251 dəfə məyus edən Telmo Zarraya bir addımda yaxınlanşdırıb. Onu ispaniyalı əfsanəvi futbolçunun rekordu ilə 4 qol ayırır.

Qeyd edək ki, 4 dəfə “Qızıl top”un sahibi olan Messi karyerasında vurduğu 401 qola 525 matçda imza atıb. Bu toplardan 42-sini isə o, Argentina yığmasının heyətində vurub.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber