Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Taliblər terakta başlayacaqlarını elan etdilər

Noyabrın birində Amerikanın pilotsuz təyyarəsinin hücumu nəticəsində ölən taliblərin lideri Hakimulla Məsudun yerinə seçilən Molla Fəzlullah bu gün bəyan edib ki, Pakistan hökumətinə qarşı bir sıra yeni hücumlar planlaşdırır.

Qeyd edək ki, Molla Fəzlullah öz sərt islamçı baxışları və sülh danışıqlarının qəti əleyhdarı kimi tanınır.
“Axar.az”ın məlumatına görə, o, çıxışında deyib: “Bizim hədəfimiz təhlükəsizlik xidməti, hökumət obyektləri, siyasi liderlər və polislərdir. Bizim təyin olunmuş planımız var. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, hədəfimiz içində dinc əhali, ictimai yerlər və yarmarkalar yoxdur”.

Döyüşçülər əsasən Əfqanıstanla qonşuluqda olan kənar vilayətlərdə gizlənir.

Xatırladaq ki, Pakistan hökuməti ABŞ pilotsuz təyyarəsinin hücumu və taluiblərin liderinin öldürülməsini pisləmiş və bunu Pakistanın milli suverenliyinə təhdid saymışdı. Həmin gün Pakistan hakimiyyəti Talibanla danışıqlar üçün göndərməyə hazırlaşdığı nümayəndələri də geri çağırmağa məcbur olmuşdu.
2039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07