Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2014

Rusiyada sosial şəbəkələr “qara siyahı”ya salına bilər

Rusiyada qəbul edilən yeni internet qanununa əsasən sosial şəbəkələr “qara siyahı”ya salına bilər.

Rusiyada qəbul edilən internet qanunu ən çox istifadə edilən sosial şəbəkələrə¬ zərbə vura bilər. Belə ki, yeni qanun ölkədə senzuranın gətiriləcəyini göstərir. Yüksək vəzifəli nümayəndələrdən biri bu qanunla, “Facebook” və “Twitter” sosial şəbəkə saytlarının, eləcə də “Gmail” e-poçt xidməti servisinin bağlana biləcəyini açıqlayıb.

Rusiya Federasiyası prezidenti Vladimr Putin təsdiqlədiyi yeni qanun çərçivəsində hər üç şirkətə yanvar ayına qədər Rusiyanın rabitə və informasiya texnologiyalarının izlənməsi qurumuna müraciət etmələri üçün vaxt verib.

Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində məsələ ilə bağlı açıqlama verən "Roskomnadzor"un sədr müavini Maksim Ksenov internet yasaqlarını belə dəyərləndirib: "Twitter, Facebook və Gmail qərar verməlidir. Hökumət onları ölkədən çıxarmaq istəyir və imzalanmış qanunu həyata keçirmək fikrindədir".

“GMail” və “Twitter” məsələ ilə bağlı açıqlama vermək istəməyib, “Facebook” isə ümumiyyətlə bu yöndə olan sorğuları cavablandırmayıb.
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP