Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

“Obamanın məktubunda təbrikdən söhbət getmir”

“Barak Obamanın məktubunda heç bir təbrikdən söhbət getmir, gedə də bilməz”. Politoloq Ərəstun Oruclu ABŞ prezidentinin İlham Əliyevə göndərdiyi məktubu “Media forum”a şərh edərkən belə deyib.

Məktubda bir sıra çağırışların yer aldığını deyən politoloq onu daha çox əməkdaşlıq xarakterli təklif mesajı kimi qiymətləndirir: “Üçüncü müddətə prezident vəzifəsinin icrasına başlamaq” kəlməsinə təbrik demək olarmı? Məktubda daha çox insan haqlarının durumu, demokratik inkişaf sahəsində əməkdaşlıq, seçkilərin təkmilləşdirilməsi və digər məsələlər qabardılıb. Bu da təsadüfi deyil. Məktub bir növ çağırış xarakteri daşıyır. Təklif edilən əməkdaşlıq konturları da rəsmi Bakını yetərincə narahat edən məsələləri əhatə edir.

Bəzi məlumatlara görə, məktub hətta bir müddət saxlandıqdan sonra mətbuata verilib. Bu bir daha göstərir ki, Azərbaycanda ötən ay keçirilmiş seçkiyə beynəlxalq münasibət heç də ictimai rəyə, əhaliyə təqdim olunduğu kimi deyil. Əgər bu məsələlər dünyanın superdövləti olan ABŞ-ın prezidentinin məktubunda önə çəkilirsə, deməli, kifayət qədər ciddi problemlər var və onların üzərində düşünməyə dəyər”.

Politoloqun fikrincə, ABŞ Azərbaycanda hüquq və azadlıqlar sahəsində gözləntilərə uyğun dəyişikliklər olduğu təqdirdə tərəfdaşlığı gücləndirməyə maraqlıdır: “Çağırışlar birbaşa bundan ibarətdir. Konkret mesaj odur ki, Azərbaycanla əməkdaşlığımız yalnız sadalanan dəyərlərə münasibət dəyişəcəyi halda olacaq və davam etdiriləcək. Təəssüf ki, məktub ölkənin televiziya məkanında, dövlətə yaxın media qurumlarında ciddi şəkildə təhrif olunub, Qarabağ münaqişəsinin həllində əməkdaşlıq təklifi kimi şərh edilib.

Seçkidən sonra baş verənlər, Bakının yüksək rəsmiləri tərəfindən ABŞ-ın, onun rəsmilərinin ünvanına təşkil olunan hücumlar fonunda başqa məktubmu gözləmək olardı? Bu həm də qeyri-dostluq, xoş iradə ifadə eləməyən aksiyalara xəbərdarlıq və cavab məktubudur”.
2213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı