Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2014

Leyla Yunusdan Əlayif Həsənova dəstək

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus kamera yoldaşı Nuriyyə Hüseynovanın barəsində şikayət etdiyi vəkili Əlayif Hüseynova dəstək ifadə edən məktub yazıb.

Məktubda deyilir:

Əziz Əlayif bəy,

Mənə yazmaq çətindir, özümü çox pis hiss edirəm. Mənim Əliyev rejimi tərəfindən məhv edilməyimdə Siz də qurban oldunuz. Bir kişi kimi, bir vəkil kimi Siz cinayətkar Nuriyyə Hüseynova tərəfindən mənə qarşı olan işgəncə və təhqirləri açıqladınız.

Tam aydındır ki, indi rejim Nuriyyə Hüseynovanın məhkəməyə müraciətini təşkil edərək ondan Sizə qarşı da istifadə edir. Sentyabın 23-ə təyin edilən məhkəmənin məqsədi vəkilləri qorxutmaq, vicdan məhbuslarını müdafiəsiz qoymaqdır. Bu gün Azərbaycanda vicdan məhbuslarını müdafiə etməyə cəsarəti çatan 6-7 vəkil qalıb. Bizi müdafiə etmək üçün nə qədər güc və cəsarətin tələb olunduğunu bilirəm. Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını hamıdan yaxşı bilirəm. Ancaq yenə də sizə müraciət edirəm: «Cənab hakimlər, vəkil Əlayif Həsənova qarşı hansı hökmü çıxaracağınızla bağlı sizə aydın tapşırıq verilib. Amma dinləyin və işgəncələrə məruz qalan şəxsi müdafiə edən vəkilə qarşı hansı əxlaq, vicdan normalarını pozduğunuzu düşünün».

Əziz vəkillərim, Əlayif bəy, sizlərin cəsarəti qarşısında baş əyirəm.

Sizin Leyla Yunus
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07