Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Təhsil Nazirliyindən növbəti biabırçılıq - Foto

Görəsən, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə «Bakcell»in reklamı hansı məqsəd və maraqla yerləşdirilib?

Təhsil Nazirliyində kadr dəyişikliyindən sonra biabırçılıq halları günbəgün artır. Yeni nazir Mikayıl Cabbarovun təhsilə yad biri olması səbəbindən meydana çıxan neqativ halların sayının artması isə kimsəni narahat etmir. Əksinə, işin içində təhsildən daha çox, biznes maraqlarının önə çıxdığı diqqəti çəkir.

Növbəti biabırçılıq orta məktəb şagirdləri üçün buraxılmış gündəliklərin üzərindəki şirkət reklamı ilə bağlıdır. Belə ki, həmin gündəliklərin üz qabığında «Bakcell» şirkətinin «Sürtə» internet xidmətinin reklamı əks olunub. Orta məktəb üçün nəzərdə tutulmuş vəsaitdə hər hansı bir şirkət və ya məhsulun reklam olunması halları ilk dəfədir müşahidə olunur. Eyni zamanda, bunun hansı məqsədlə edildiyi kimsəyə məlum deyil.



Digər tərəfdən, bu reklamın təhsillə hər hansı bir bağlılığı da yoxdur. Çünki orada söhbət sürətli internetdən və «Sürət» data kartlarından gedir. Belə olan təqdirdə, sual meydana çıxır ki, Təhsil Nazirliyinin belə bir iş tutmasında marağı nədir?

Qeyd edək ki, «Bakcell»in reklamını orta məktəb dərslikləri və əyani vəsaitlərində yerləşdirilməsi şübhəsiz maddi maraqlara hesablanıb. Əks təqdirdə, Təhsil Nazirliyinin nəzarəti altında çap olunan gündəliklərin üzərində belə bir reklamın verilməsi mümkünsüz haldır. Bunun biabırçılıq olması dəqiq olmaqla yanaşı, həm də orta bir sual da yaranır: Görəsən, Təhsil Nazirliyi bu reklama görə, «Bakcell»dən nə qədər pul alıb?

Təbii ki, pul varsa, onun təhsilin inkişafına sərf olunacağı inandırıcı deyil. Və böyük ehtimalla həmin reklam pulu nazirlikdəki hansısa yüksək çinli məmura çatıb./jam/
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi