Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Kastro Çe və Çavesi ətirlərini qadağan etdi

Kuba hökuməti əfsanəvi inqilabçıların adını ətriyyata brend edən dərman şirkətini cəzalandıracaq.

Kuba inqilabının əfsanəsi Çe Gevara və Venesuelanın sabiq prezidenti Uqo Çavesin adı olan ətir ölkədə istehsal olunub. Bu da tənqidlə qarşılanıb və hər iki inqilabçıya hörmətsizlik kimi qiymətləndirilib.

Ətirlər Kubanın paytaxtı Havanada dövlət laboratoriyasında hazırlanıb. Ətriyyatların istehsalına görə məsul olan kubalı biokimyaçı Mario Valdes açıqlama verib: “Biz anti-təbliğat aparmaq istəməmişik. Tam əksinə, bu insanlara hörmətimizi diqqətə çatdırmaq niyyətimiz olub”.

Şirkət Çe Gevara və Çavesin ailələrindən bu adda ətir istehsalı üçün icazə alındığını bəyan edib. Kuba hökuməti isə belə bir icazə olmasını təkzib edib.

Xatırladaq ki, əfsanəvi inqilabçı Çe Gevara ölkənin indiki prezidenti Raul Kastro ilə birlikdə Batista diktaturasına qarşı partizan mübarizəsi aparıb.
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP