Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Pedofilləri parçalayıb dənizə atırmış

Fransada dörd nəfərə aid sümük və üzərində “pedofillərə ölüm” yazısı olan kəllə sümüyü tapılıb. Hadisə, qorxu janrında olan serial “Dekster”i xatırladıb.
Dünya səviyyəsində reytinq rekordları qıran kriminal janrında olan serial “Dekster”dəki hekayə gerçək olub. Fransanın Antibes sahilində suya girən dalğıc insan sümüklərinə rast gəlib və hərbi-polislərə xəbər verib. 15 gün müddətində dənizdə araşdırma edən hərbi-polislər bir bud sümüyü, iki bazu sümüyü, bir kəllə və bir də çənə sümüyü tapıb. Kəllə sümüyünün üzərində pozulmayan mürəkkəblə “pedofillərə ölüm” yazısını görə detektivlər araşdırmanı daha da dərinləşdiriblər. DNT testindən sonra bazu sümüklərindən birinin 1994-cü ildə 18 yaşı tamam olmamışdan bir neçə gün əvvəl itkin düşən Stefan Harsona aid olduğu dəqiqləşib. Hadisə, cinayətkarlar arasından seçdiyi qurbanlarını öldürüb parçalayaraq, cəsədlərini qayığı ilə dənizə atan detektiv Dekster Morqanın hekayəsini xatırladıb.
2224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber