Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

İraqda terror və silahlı hücumlarda 8500 insan ölüb

Cari ilin əvvəlindən indiyədək İraq ərazisində həlak olanların sayı 8500-ə yaxın olub

İraqda bu il ərzində terror aktlarının və silahlı hücumların qurbanlarının sayı 8493 nəfər olub.

İnterAz PressTV telekanalına istinadən bildirir ki, BMT-nin açıqladığı rəqəm ancaq qeydə alınan ölülərin sayını ehtiva edir. Qurumun insan hüquqları üzrə ali komissarının müavini Flavia Pansieri açıqlayıb ki, İraqda öldürülənlərin həqiqi sayı elan olunandan çox yüksəkdir.

Hesabata görə, həlak olanların yarısı iyun, iyul və avqust ayının payına düşür.

Cari il ərzində xeyli sayda insan itkisiylə yanaşı ölkənin infrastrukturuna və maddi-mədəniyyət abidələrinə də ciddi ziyan dəyib.

Məlumat üçüb bildirək ki, İraq üçün “qanlı il” adlandırılan 2013-cü il ərzində İraqda eyni səbəblərdən həlak olanların sayı 8 mindən yuxarı olub. Bu ilin sonuna qədər ölənlərin sayının artacağı istisna edilmir.
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi