Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

İmişlidə 29 yaşlı oğlan özünü öldürüb

İmişli rayonunda intihar hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Rauf Cəmil oğlu işlədiyi fermada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa/
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13
Bakıda “Təci