Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Borclu olduğuna görə özünü asdı

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 33 yaşlı Rafiq Əmirquliyevin meyiti Ağa Nemətulla küçəsi 78 ünvanında aşkarlanıb. Onun binadan özünü atdığı ehtimal olunur.

SOCAR-da menecer işləyən R.Əmirquliyev özünü yaşayış binasından atıb. Gecə saat 04 radələrində onun meyiti binanın qarşısında qan içərisində tapılıb.

R.Əmirquliyevin özünə qəsd etməsinin səbəbi cibindən çıxan məktubda yazılıb. O, məktubda külli miqdarda borcu olmasından, ailəsinin onu atıb getməsindən tutmuş içkiyə qurşanmağına, bərbad həyat sürməsinə qədər qeyd edib./milliaz/
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.11.17, 13:27
Mənə "diktator" deməyin!
20.11.17, 15:35