Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.

10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir.

Zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Quba rayon icra başçısının müavini Afət Həsənovanın verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.

Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya - mineralogiya elmləri doktoru Qurban Yetirmişli sentyabrın 1-də verdiyi açıqlamada qeyd edib ki, ölkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir:

“Katostrofik güclü zəlzələ amilləri hələ ki, yoxdur. İnsanlar narahat olmasınlar”./ans/
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02