Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

Xanım Zeynəbin məqbərəsində törədilən dağıntılar aradan qaldırılır

Dəməşqdə silahlıların Xanım Zeynəbin məqbərəsində törətdikləri dağıntılar aradan qaldırılır
Dəməşqdə radikal silahlıların Xanım Zeynəbin məqbərəsinə vurduqları ziyanlar aradan qaldırılır.

SalamNews-un əl-Aləm telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə Suriya paytaxtının Müqəddəs məkanların təmiri idarəsi məlumat verib.

İdarədən bildirilib ki, ötən gün radikal silahlılar uzaq məsafələrdən atdıqları minomyot və raket zərbələri ilə məqbərədə dağıntılar törədiblər. Hadisə nəticəsində bir neçə ziyarətçinin də öldürüldüyü bildirilir.

Hazırda dağıntılar aradan qaldırılır, təmir işləri başlayıb.

Bununla radikal təkfirçi qüvvələr artıq dördüncü dəfədir, uzaq məsafələrdən məqbərəni minatanlardan hədəfə alırlar.

Yerli hökumət qüvvələri son bir ay ərzində Seyyidə Zeynəb rayonu ətrafında yerləşən bölgələrin böyük bir hissəsini silahlılardan təmizləyə biliblər.
2189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...