Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Əlillər nazirliyin qarşısında etiraz aksiya keçirirlər - Foto

Bu gün-sentyabrın 29-da Mərdəkanda yerləşən müalicə pansionatında yaşayan əlillər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.  
 
Virtualaz.org saytının nazirlikdə olan əməkdaşı xəbər verir ki, aksiyada iştirak edən əlillər Gəncədə yerləşən pansionata köçürülmələrinə etiraz ediblər.
 
Əlillər bildirdilər ki, hazırda yaşadıqları müalicə pansionatı təmir adı ilə bağlanılıb. Buna görə də Gəncəyə göndərilirlər. Lakin Gəncədə ruhi xəstələr üçün olan pansionatda yaşamağa şərait yoxdur.
 
Aksiya iştirakçıları dedilər ki, əlillərin bir hissəsini Gəncəyə, bəzilərini isə Şamaxıya göndərirlər: “Sentyabrın 26-da bir qrup  əlil Gəncəyə göndərilib. Onlar səhəri gün-27-də geri qayıdıblar. Əlillər bildirirlər ki, Gəncədəki pansionatda tualet ancaq ikinci mərtəbədə yerləşir. Buna görə də əlil arabasında olanlar ikinci mərtəbəyə qalxa bilmirlər. Üstəlik pansionatda ruhi xəstələr də qalırlar”.
 
Əlillər Bakıdakı müalicə mərkəzlərinə köçürülmələrini tələb ediblər.
 
Nazirliyin şöbə müdiri Vüqar Behbudov aksiya iştirakçılarını dinləyib. Şöbə müdiri deyib ki, əlillərin Bakıda yerləşdirilməsi üçün şərait yoxdur: “Ramanıda ahilllar üçün pansionat olduğundan sizi ora köçürə bilmədik. Yalnız Gəncəyə göndərə bilərik. Gəncədəki ponsionatda ruhi xəstələr yaşamır. Bizim əlilləri Bakıda yerləşdirməyə müəssisəmiz olmadığından Gəncəyə getməkdən başqa çıxış yolu yoxdur”.
 
 

942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın