Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Müsavat başqanından Səxavət Əlisoy və Vurğun Əyyuba cavab

Müsavat Partiyasının qurultayının ardından qurum daxilində qalmaqal böyüyür. Qubad İbadoğlunu dəstəkləyən Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub və başqanlığa keçmiş namizəd Səxavət Əlisoy qurultayda saxtakarlığa yol verildiyini iddia edir. Onlar qurultay zamanı başqanlıq seçkisində Arif Hacılıya yaxın adamların onu başqan etmək üçün saxta səsvermə yolundan istifadəyə yol verdiyini bildirir.
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı onların iddialarını cavabsız qoymayıb. Arif Hacılı Modern.az saytına açıqlamasında başqanlıq seçkilərinin tam şəffaf keçdiyini bildirib. “Seçki prosesi minlərlə partiya üzvünün, müşahidəçilərin nəzarəti altında baş tutub. Başqanlıq seçkilərinin nəticələrini şübhə altına almağa heç bir əsas yoxdur.
Ola bilsin ki, kimlərsə hansısa qüsurların olduğunu deyir. Amma bu qüsurlar seçkinin nəticəsinə təsir etməyib. Müsavat Partiyasında keçirilən bu seçki Azərbaycanın bütün tarixində keçirilən seçkilərə nümunədir”,-deyə Müsavat başqanı söyləyib.
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də uzun zamandan bəri gözlənilən qurultayını keçirdi. Qurultayda başqanlığa dörd namizəddən biri – Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy- Müsavatın yeni başqanlığına iddialı qismində çıxış ediblər. Lakin qurultayın gedişatında Səxavət Əlisoy Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürüb. Yerdə qalan üç namizəddən isə Arif Hacılı 228 səs yığaraq partiyanın başqanı seçilib. Onun alternativi Qubad İbadoğlu isə 200 səslə ikinci yerdə qərarlaşıb. Tural Abbaslıya veriləsn səslər isə çox cüzi olub.
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23
Moskva bazarın