Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Əfqanıstanın yeni prezidenti and içdi

Əfqanıstanın sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzəy sentyabrın 29-da yeni prezident kimi and içib vəzifəsinin icrasına başlayıb.

Xarici dövlətlərin təmsilçilərinin, Əfqanıstanın sabiq lideri Həmid Kərzayinin də qatıldığı andiçmə mərasimi paytaxt Kabildə keçirilib.

Qəni Əhmədzəy dövlət başçısı postunu sentyabrın 21-də prezidentliyə digər namizəd Abdulla Abdulla ilə hakimiyyətin bölüşdürülməsi haqda imzalanmış saziş əsasında tutub. Abdulla Abdulla bu gün baş nazir postuna gətirilib.

Əfqanıstanda prezident seçkisinin birinci turu aprelin 5-də baş tutmuşdu. Seçkinin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməmişdi. İyunun 14-də keçirilən ikinci turun ilkin nəticələrinə görə, Qəni Əhmədzəy qalib olmuşdu. Seçkidə kütləvi saxtakarlığın olduğunu iddia edən digər namizəd - Abdulla öz hökumətini formalaşdırmaq niyyətində olduğunu açıqlamışdı.
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP