Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam. Seyri-sülukda insan nəfsini paklaya-paklaya yol gedir.Bu zaman insan hansı ilk addımlardan başlamalıdır və psixoloji rahatlıq əldə etmək üçün nələr etməlidir?


Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hərəkətin başlanğıcı və hərəkətin müyəssər olması üçün lazım olan azuqə və yol tədarükü bu altı şeyə şamil olur:
İman, Səbat, Niyyət, Sidq, İnabət, İxlas.

İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala rahatlıq və asayişi yəqin və razılıqda, qəm-qüssəni isə şəkk və tərəddüddə qərar vermişdir.”
İnsanın psixoloji durumu onun səadətini təmin edən ilkin amillərdəndir. Həyəcan, qorxu, qəzəb kimi ruhi təlatümlər xoşbəxtlik yolunda ciddi manielərdir.
Əsrimizin insanları uyğun ruhi sarsıntılardan əziyyət çəkir, çox vaxt çıxış yolu tapmaqda aciz qalırlar. Hansı ki, öz bəndələrini əbədi səadət üçün yaratmış Allah-təala Qurani-kərimdə səadət yolunu belə göstərir: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
Başqa bir ayədə belə buyurulur: «Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər».
Allahın dostları kimdir? Ayədə övliya adlandırılan bu şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs çırağa etinasızdır.
Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır. Dünya nemətlərinin əsarətindən azad olmuş övliyalar nə üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət Əli (ə) övliyalar haqqında buyurur: «Əgər Allah onlar üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə ruhları bədənlərində qalmazdı».
Ruhi sarsıntılardan qurtarmaq üçün əyləncəyə, eyş-işrətə, musiqiyə, spirtli içkilərə, narkotikaya üz tutan və daha da dərin uçuruma yuvarlanan insanlar! «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
Allah sizə yar olsun.

1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41