Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Yardımlıda fəhlələr etiraza qalxdı

Dövlət vəsaiti hesabına aparılan tikinti işlərində çalışanlar 3 aydır əmək haqlarını ala bilmirlər

Yardımlı İcra Hakimiyyətinin nəzarəti altında olan tikintidə çalışan fəhlələr 3 aydır əmək haqlarını ala bilmirlər. Bu barədə rayondakı mənbələr məlumat veriblər.

Həmin məlumatda deyilir ki, artıq fəhlələr etiraza başlayıblar və qarşıdan gələn Qurban Bayramına kimi maaşlarının verilməsini tələb edirlər. Əks təqdirdə, Bakıya Prezident Admnistrasiyasının qarşısına toplaşaraq, şikayətlərini orada bildirəcəklər.

Əmək haqlarının verilməməsinin səbəbi pul çatışmamazlığı ilə bağlıdır. «Artıq 15 gündür bəzi tikintilərdə işlər dayandırılıb. İcra Hakimiyyətinə məsələ barədə məlumat verilib, onlar da deyiblər ki, hər şeydən xəbərdarırlar. Lakin heç bir tədbir görülmür. Heç görülənə də oxşamır. Amma şübhə var ki, həmin pul problemini elə Yardımlı İcra Hakimiyyəti özü yaradıb».

Mənbə iddia edir ki, rayonda tenderlər pulla satılır. «Yardımlıda tenderlər ya icra başçısı Sevindik Hətəmovun, ya müavini Mahir Mirzəyevin, ya da bu iki şəxsə 30 faiz ödəyəcək kənar şirkətlərə verilə bilər. Başqalaranın bu biznesə girişməsi mümkün deyil»./jam/
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16