Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

İngiltərə vətəndaşı Banqladeşdə "İŞİD" üçün dəstə yığırmış

“İŞİD” və “ən-Nusra” qrupları üçün könüllülər toplayan İngiltərə vətəndaşı Banqladeşdə yaxalanıb

Banqladeşdə “İŞİD” terror qruplaşmasına könüllülər toplamaqla məşğul olan İngiltərə vətəndaşı saxlanılıb.

İnterAz-ın Reuters-ə istinadən məlumatına görə, 24 yaşlı London sakini Samiun Rəhman Banqladeşə fevral ayında gəlib.

Məlumata görə, o, eyni zamanda həm “İŞİD”, həm də “ən-Nusra” terror qrupları üçün döyüşçü toplamaqla məşğul olub.

Ölkənin istintaq və təhqiqat idarəsinin komissarı Munirul İslam paytaxt Dakada keçirdiyi mətbuat konfransında bildirib ki, saxlanılan şəxs Banqladeş gənclərinin Suriyada terrorçu qrupların tərkibində vuruşmaq üçün təbliğat işlərilə məşğul olub. Lakin, onun indiyədək Banqladeşdən kimisə Suriyaya göndərib-göndərməməsi məlum deyil.
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber