Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

“İŞİD” sıralarında onlarla rusiyalı var

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun səsləndirdiyi statistikaya baxmayaraq, qeyri-rəsmi məlumatlara görə, “İŞİD” sıralarında 800-dən artıq Rusiya vətəndaşı döyüşür

İraq və Suriya ərazisindəki terror təşkilatlarının tərkibində 70-80 ölkənin vətəndaşı vuruşur. Bunu Rusiya XİN başçısının müavini Mixail Boqdanov deyib. Yaxın Şərq və Şimali Afrikada terrorçu qruplaşmaların fəallaşması ilə mübarizə BMT Baş Assambleyası “nazirlər həftəsi”nin əsas mövzusu olub.

“İŞİD də daxil olmaqla bu terror təşkilatlarının tərkibində Rusiya vətəndaşları da var. Əslində biz t beynəlminəl terrorçu qurumla rastlaşmışıq. İraq və Suriya ərazisindəki terror təşkilatlarının tərkibində 70-80 ölkənin vətəndaşı vuruşur. İnsanların oraya gedib oradan geri qayıtmaları hamını narahat edir. Onlar orada hazırlıq alır, öyrədilir, sonra isə öz ölkələrinin milli təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyinə çevrilirlər”, - deyə Boqdanov “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İraq və Suriyada terrorçu qruplaşmaların tərkibində döyüşən rusiyalıların sayı onlarla ölçülür. Xatırladaq ki, bir qədər öncə açıqlanmış statistikaya əsasən, yaraqlıların düşərgəsində 800-dən artıq Rusiya vətəndaşının olduğu bildirilir.

Nazir müavini əmindir ki, “İslam dövləti” Rusiya üçün böyük təhlükədir. “Amerikalılar deyir ki, terrorizm onların milli təhlükəsizliyi üçün bilavasitə təhlükədir. Düşünürəm ki, bu hər bir ölkə, o cümlədən, Rusiya üçün şamil edilə bilər”, - deyə Boqdanov qeyd edib.

Xatırladaq ki, sentyabrın əvvəlində “İslam dövləti” yaraqlıları Rusiya və şəxsən prezident Vladimir Putinin ünvanına təhdidlər səsləndirib, Çeçenistan və bütövlükdə Qafqazda müharibəni başlamağa söz veriblər.
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...