Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2014

Suriya: Türkiyə İŞİD-i məhv etməyə mane olur

Suriya Milli Barışıq naziri Əli Heydər İŞİD-ə qarşı hava hücumlarını müsbət qarşıladıqlarını bildirib.

Nazir bu əməliyyatlara İran və Rusiyanın da qoşulacağını açıqlayıb.

Suriyalı nazir hava hücumlarını müsbət qarşılamaqla bərabər, hökumətin bəzi şərtlərinin də olduğunu da açıqlayıb: “Əsas məqsədimiz Suriyaya məxsus qurumların və ordu bazalarının hədəf seçilməməsidir. Hər bir əməliyyat Suriya hökuməti ilə koordinasiya olunmuş formada həyata keçirilməlidir”.

Türkiyənin İŞİD-ə qarşı hücumlarda iştirak etməməsində bir qəbahət görmədiklərini desə də, nazir Suriyanın şimalında Kobanidə ordu qüvvələrinin məğlub olmasında günahkar Türkiyəni göstərib.

Nazir koalisiyaya daxil olan bəzi ölkələrin əməliyyatlara qoşulmamasını belə izah edib: “Biz İŞİD-ə qarşı hücumlara Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya və Qətərin dəstək verməməsinə qarşı deyilik. Onsuz da İŞİD bu ölkələrdə yaranıb. Onların dəstək verməməsini anlayırıq”.
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57