Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Daha bir İŞİD lideri öldürüldü

İŞİD terror qruplaşmasına qarşı havadan və qurudan keçirilən hərbi əməliyyatlar zamanı silahlılara ağır zərbələr endirilib.

Ənbardakı qarşıdurma zamanı şimal bölgəsinə cavabdeh şəxsi, eləcə də Diyaladakı döyüşlərdə 100-dən çox üzvünü itirən İŞİD terror qruplaşması daha bir liderini itirib.

Diyala vilayətinin şimalında şiə könüllülərdən ibarət olan "Əl-Haşduş-Şəbi" (xalq birliyi) qruplaşması ordu qüvvələri və polislərə dəstək verməklə İŞİD-ə qarşı əməliyyat keçirib. Döyüşdə çox sayda İŞİD silahlısı məhv edilib. Bu barədə Anadolu agentliyinə Dəclə bölgəsi əməliyyatlarına cavabdeh olan leytenant Abuləmir əz-Zeydi bildirib. Onun sözlərinə görə, qarşıdurmadan sonra İŞİD terrorçuları 15 kənddən uzaqlaşdırılıb, 25-ə yaxın avtomobil yarasız hala gətirilib və kəndə yerləşdirilən 50-dən çox partlayıcı qurğular da zərərsizləşdirilib.

Qeyd edək ki, hazırda İraqın bir sıra bölgələrində hələ də ordu qüvvələri ilə İŞİD silahlılarının döyüşü gedir./ans/
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP