Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

İcra nümayəndəliyini binasına bomba atıldı

Diyarbəkir Sur rayonu icra nümayəndəliyi və AKP-nin rayon rəhbərliyinin yerləşdiyi bina hücuma məruz qalıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər rayon icra nümayəndəliyinin binasına kustar üsulla hazırlanmış bomba və molotoflarla hücum təşkil ediblər. Bombalar binanın girişində, mühafizəçi otağı yaxınlığında partlayıb.

Partlayış nəticəsində, binanın şüşələri qırılıb. Hadisə yerinə çox sayda polis qrupları və zirehli texnikalar yönləndirilib.

Partlayış baş verən binadan 150 metr uzaqlıqda olan polislər həmin an onlara qarşı hücumun olduğunu düşünərək, silahlarını çıxarıb partlayış gələn istiqamətdə atəş açmağa başlayıblar.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber