Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Avropada İŞİD "ovu": 46 nəfər həbs edilib

Avropada terrorçulara qarşı mübarizə davam edir.

Ötən gün Belçikanın Antverpen şəhərində radikal dini qruplaşma üzvü olmaqda şübhəli bilinən 46 nəfərin məhkəməsi olub. Məlumata görə, şübhəlilər “Belçika üçün Şəriət” qrupunun üzvləridir. Onlar Suriya və İraqda döyüşmək üçün "mücahid"lərin toplanması və səfərbər edilməsi fəaliyyətində ittiham olunurlar.

Antverepen prokraturası elan edib ki, sözügedən təşkilat Suriyada döyüşlərə qoşulmaq üçün gənc mücahidləri inandırmağa çalışırmış. "Mücahid"lərin əksəriyyəti isə, daha sonra İŞİD terrorçu qruplaşmasına qoşulub.

Qrup rəhbərlərinin terrorizm fəaliyyəti təsdiqlənəcəyi təqdirdə onu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ötən həftə Avropa Birliyi rəsmiləri terrorimzlə mübarizə çərçivəsində indiyə qədər İŞİD dəstələrinə qoşulmaq üçün Avropa Birliyi ölkələrindən 3 mindən çox mücahidin Suriya və İraqa getdiyini təsdiqləmişdilər. Belçikadan isə, Suriyaya gedənlərin sayı 200-300 nəfər təşkil edir./ans/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber