Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Baş nazir xərclədiyi pulu geri qaytarmağa məcbur oldu

Maraqlıdır, azərbaycanlı məmurlar necə, yedikləri pulları qaytara bilər?!

Qrenlandiyada adı vəzifəsindən sui-istifadədə hallanan Baş nazir Aleqa Hammond ictimai danlaqdan sonra dövlət büdcəsindən xərclədiyi iddia edilən pulu geri ödəmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, ölkənin rəsmi radio-televiziya təşkilatı olan KNR-in xəbərinə görə, xanım Baş nazir dövlət büdcəsindən qeyri-qanuni olaraq 106 min kron (təxminən 14 min Avro) xüsusi məqsədlər üçün istifadə edib.

Qrenlandiya Dövlət Nəzarət Təşkilatının hesabatına görə, Hammond sözügedən pulları ailəsiylə birlikdə getdiyi səyahətlərdə xərcləyib.

Lakin Baş nazir Aleqa Hammond iddiaları qəbul etmək fikrində deyil. O, verdiyi açıqlamada pulu geri qaytardığını, hesablarda yaranan bu anlaşılmazlığın səhv nəticəsində meydana gəldiyini bildirib. Baş nazir ailəsi üçün xərclədiyi pulların səhvən rəsmi sənədlərə qatıldığını iddia edib.

Xatırladaq ki, 2 milyon kvadrat kilometr ərazi ilə dünyanın ən böyük ölkələrindən biri olmasına baxmayaraq, soyuq iqlim şəraiti səbəbindən 55 min adamın yaşadığı Qrenlandiya adası Danimarkanın mülkü sayılır./axar/
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber