Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Kataloniyaya ağır zərbə

İspaniya məhkəməsi Kataloniyada referendumu dayandırdı.

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqilliyi haqqında referendum keçirmək haqqında qərarı dayandırıb.

Məhkəmənin fikrincə, əvvəlcə noyabrın 9-na təyin olunmuş referendumun ölkə konstitusiyasına uyğun olub-olmadığnı müəyyən etmək lazımdır.

Konstitusiya Məhkəməsinə bu məsələni mümkün qədər tez nəzərdən keçirmək xahişiylə İspaniya hökuməti müraciət edib.
Kataloniyanın rəhbəri referendum keçirmək haqqında fərmanı şənbə günü imzalayıb. Lakin İspaniyanın baş naziri Mariano Rajoy bəyan edib ki, bu kimi iradə izhar etmə “İspaniya konstitusiyasına uyğun deyil”.

“Heç kəsə və heç nəyə İspaniyanı parçalamaq ixtiyarı verilməyəcək”, - o deyib.
Baş nazir televiziyada hökumət kabinetinin fövqəladə iclasının yekunlarına dair müraciətlə çıxış edib.
Son illər yüz minlərlə katalonlar onlara iradələrini izhar etmək imkanını vermək tələbilə Barselonanın küçələrinə çıxıblar.

Kataloniyada referendum keçirmək qərarı daha əvvəl bu ayda əhalisinin çoxu Birləşmiş Krallıqdan çıxmaq əleyhinə səs vermiş Şotlandiyanın nümunəsi üzrə qəbul olunub.
Madridin etirazına baxmayaraq, Kataloniyanın başçısı Artur Mas səsvermənin baş tutması üçün regional qanunvericiliyinin tamamilə kifayət etdiyini israr edir.
Kataloniya İspaniyanın ən zəngin və sənaye inkişaflı bölgələrindən biri olaraq, həm də ən sərbəstfikirli bölgələrindən biridir.

Yerli seçicilərin bir çoxu Kataloniyada yığılan vergilərin təqsimi sistemindən narazıdır. Bu bölgədə yığılan vergilərin böyük qismi ölkənin daha yoxsul rayonlarının maliyyələşdirilməsinə gedir.

Ölkədə iqtisadi durumun pisləşməsi katalonların separatçı meyllərini daha da gücləndirir.

Sentyabrın 19-da Kataloniya parlamenti, əleyhinə 28 səs müqabilində lehinə 106 səslə, yerli əhalinin “konsultasiya” adlandırdığı referendumun keçirilməsini təqdir edib.
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber