Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Yüzlərlə avropalı qız İŞİD sıralarına qoşulur

Yüzlərlə gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqə terrorçulara qoşulmağa yollanır.

Bu barədə İngiltərənin “Qardian” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ölkələrini tərk edən qızlar 14-15 yaş arasındadırlar və onlar əsasən Suriyaya terrorçularla evlənib onlara uşaq doğmağa yollanır.

Məlumatda qeyd olunur ki, terrorçulara (əsasən İŞİD-ə) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqə yollanıb.

Britaniya ekspertləri bildiriblər ki, Birləşmiş Krallıq vətəndaşı olan təxminən 50-yə yaxın qız İŞİD-ə qoşulub.

Qəzet Avstriya və Almaniyadan da gənc qızların terrorçulara qoşulmaq üçün ölkələrini tərk etdiklərini yazıb./axar/
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı