Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Arif Hacılı 3 siyasi dustağı özünə müavin təyin etdi

Müsavat Məclisinin həbsdəki 3 üzvü Arif Hacılının sərəncamı ilə partiya başqanının müavinləri oldular

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı daha üç sərəncam imzalayıb. Sərəncama görə Müsavat Partiyasının üzvü olan 3 siyasi dustaq bu təşkilatın başqan müavini təyin olunublar. Bu sərəncamlarla Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat Partiyası başqanı Arif Hacılının müavinləri statusu alıblar. 

Yadigar Sadıqov

1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2004-cü ildən 2011-ci ilə kimi Lənkəran təşkilatının sədri olub. İsa Qəmbərin Müsavat başqanı olduğu dönəmdə, 2011-ci ildən Müsavat başqanının müşaviri postunu tutub.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.

Fərəc Kərimov

1985-ci ilin oktyabr ayının 12-də doğulub. Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən qurultayınadək Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub. Bloqçu fəaliyyəti göstərir.

Fərəc Kərimov 2014-cü il iyulun 23-də həbs edilib. Bundan bir neçə gün qabaq – iyulun 17-də isə onun qardaşı Sirac Kərimli tutulub. Hər iki qardaş Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. 

/Musavat/
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...