Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

İŞİD 1100 döyüşçü göndərdi: Türk torpağı təhlükədə

1100 nəfər İŞİD üzvü Suriyadakı türk torpağı olan Süleyman şah türbəsinin ətrafını mühasirəyə alıb.

Türkiyənin öz sərhədləri xaricindəki yeganə türk torpağı olan Süleyman şah türbəsi İŞİD-in nəzarəti altına alınıb. Bölgədəki ərəb tayfa liderlərindən alınan məlumata görə, İŞİD dünən gecə saatlarında 1100 nəfər döyüşçüsünü 36 türk əsgərinin keşik çəkdiyi türbənin ətrafına yerləşdirib.

İŞİD-in yaxın vaxtlarda türbəyə hücum edəcəyi və 36 türk əsgərini əsir götürəcəyi ehtimalı da istisna deyil.

Qeyd edək ki, bu türbə Türkiyə tərəfi üçün simvolik və strateji bir əhəmiyyətə malikdir./axar/
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP