Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Şəkidə canavar kəndə hücum edib

Şəkidə canavarlar mal-qaranı parçalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayonu Daşüz kənd sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, dünən axşam saatlarında Şəkinin Daşüz kəndində otlaq sahəsindən evə qayıdan mal-qaraya canavarlar hücum edərək iki baş inəyi parçalayıb. Onların dediyinə görə, son iki ay ərzində azğınlaşmış canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub.

Şəki şəhər İcra Hakimiyyətinin Daşüz Kənd İcra Nümayəndəsinin müavini Rövşən Məmmədov mövcud faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağı bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri də kənd əhalisinin mal-qaranı səllim şəkildə buraxmasıdır, xüsusən də axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.
2369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14