Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

Barak Obama ölə bilərdi

Ağ Evə soxulduğuna görə həbs edilən şəxs prezident iqamətgahında əvvəl güman edildiyindən daha içərilərə gedib.

Bu barədə ABŞ mətbuatı yazır.

Adı çəkilməyən Ağ Ev rəsmisi güclü mühafizə edilən binaya daxil olmuş 42 yaşlı Omar Qonzalezin Ağ Evdəki Şərq salonunadək gedib çatdığını deyib.

Sentyabrın 19-da baş verən hadisədən sonra hasarı keçib binaya soxulmaq istəyən Qonzalezin Ağ Evin Şimal qapısında saxlanıldığı bildirilib. Çərşənbə axşamı Məxfi Xidmətin rəhbəri Julia Pierson məsələyə aydınlıq gətirmək məqsədilə parlament komitəsinin suallarını cavablandırmalıdır.

Omar Qonzalez qapıdakı mühafizəçini keçdikdən sonra Şərq salonunadək qaçıb çatmağa müvəffəq olub, "Washington Post" qəzetinə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib. Şərq salonunda tez-tez prezidentlərin müraciətləri və rəsmi qəbullar təşkil olunur.

Dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmət son məlumatı şərh etməkdən imtina edib. Məxfi Xidmət insidentdən sonra təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini bildirib. Hadisədən bir neçə gün keçmiş Məxfi Xidmət bina ətrafında ikinci müvəqqəti baryer quraşdırıb.

Qonzalezə ölümcül təhlükəli silah daşıyarkən girişi yasaqlanmış bina və ya sahəyə qeyri-qanuni daxil olmaqla bağlı ittiham təqdim olunub. İraq müharibəsinin veteranı olan Qonzalez iyul ayında Virciniya ştatının polisi tərəfindən saxlanılıb.

Axtarış vaxtı onun avtomobilindən 2 tüfəng, 4 tapança, digər odlu silah və güllələrlə yanaşı Ağ Evin işarələndiyi xəritə aşkar olunub. Yay aylarında Omar Qonzalezlə iki dəfə söhbət aparan Məxfi Xidmət əməkdaşları onun təhlükəsilziyə hədə olmadığı qənaətinə gəliblər, adı çəkilməyən hüquq-mühafizə orqanlarının nümayəndəsi Associated Press agentliyinə bildirib.

İnsidentin baş verdiyi anlardan 10 dəqiqə əvvəl Barak Obama və prezidentin ailəsi binanı tərk edib./ans/
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:26
Ərdoğan Türkiyəni