Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

İŞİD ilk dəfə məğlub oldu

ABŞ başda olmaqla beynəlxalq koalisiyanın endirdiyi hava zərbələrindən sonra ilk dəfə İŞİD terror qruplaşması döyüşdə peşmərgə yaraqlılarına uduzub.

İraqın Mosul şəhərinin Rabia bölgəsi İŞİD-dən geri alınıb.

İraq Kürd Muxtariyyətinin silahlı qüvvələrinin təşkil etdiyi hücum nəticəsində İŞİD Zummari bölgəsindən də nəzarəti əldən verib.

Kürd muxtariyyətindən verilən açıqlamada bildirilir ki, Suriyanın Kobani şəhərinin İŞİD-in əlinə keçməsinin qarşısı almaq üçün İraq-Suriya sərhədində genişmiqyaslı hücumlara başlanılıb.

Bu gün edilən hücumlarda peşmərgənin itki vermədiyi, İŞİD-in isə çox saylı itki verdiyi, geri çəkildiyi əraziləri minaladığı və pusqular qurduğu bildirilir. Peşmərgə silahlıları yaxın günlərdə azad etdiyi bölgələrdə İŞİD-in qurduğu tələləri zərərsizləşdirməklə məşğul olacağını, ancaq bundan sonra hücuma keçəcəyini bildiriblər.

Bu arada qeyd edək ki, İraq ordusunun Diyalə istiqamətində təşkil etdiyi hücumlarda İŞİD-in onlarla üzvü öldürülüb. Mansuriyə bölgəsində isə İŞİD-in məşhur komandirlərindən biri olan Əbu Tavil və 6 terrorçu məhv edilib./ans/
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:29