Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Fransızı qaçıraraq edam edən şəxslərin kimliyi bəlli oldu

Əlcəzair edam olunmuş fransız turisti oğurlayan şəxsləri müəyyənləşdirib

Əlcəzair hakimiyyəti ötən həftə qəddarcasına edam olunmuş Fransa vətəndaşını oğurlayan şəxslərin kimliyini müəyyənləşdirə bilib. Bu barədə “Frans Press” məlumat yayıb. Məlumata əsasən, müvafiq açıqlamanı Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən verilib.

Qeyd edək ki, fransız turist sentyabrın 20-də Əlcəzairin Tizi Uzu şəhəri yaxınlığında “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri tərəfindən girov götürülüb. 55 yaşlı Erve Qurdelin edam səhnəsini əks etdirən video görüntü onun qaçırılmasından 3 gün sonra yayılıb. Video çarx “Fransa hökumətinə qanlı məktub” adlandırılıb./apa/
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber