Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

"JEK"lər sakinlərdən nəyə görə pul yığır?

Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilərkən "JEK"lərin adı qeyd edilməyib

Həyat tərzi Xətai rayonu Nobel prospekti məhəllə 1219 mənzil 11də yaşayan Gülnarə Əliyevanın şikayəti Mənzil İstismar Sahəsindən ona ev pulunun ödənilməsi ilə bağlı gələn müraciətlə bağlı olub. Baş mühasib ona zəng edərək 1 il mənzil haqqı borclu olduğunu bildirib.

Şikayətçi, Gülnarə Əliyeva: “Onlar dedilər ki, pulu gətirin ödəyin mən dedim ki, xadimə yoxdur heç nə yoxdur nə pulu ödəyirəm mən bura. Mənə dedilər ki, "JEK"-in heç özünün xadiməsi yoxdur. Bəs mən nəyə görə pul ödəyirəm?”

66 nömrəli Mənzil İstismar Sahəsinin baş mühasibi Sara Ağamaliyeva bildirir ki, Mənzil İstismar Sahələrinin sakinlərlə isti münasibətdə olması və onları yaxşı tanıması səbəbindən mənzil haqqı və bu kimi ödəmələrin yığılmasın məhz onlara həvalə olunub.

Baş mühasib, Sara Ağamaliyeva: “Mən aşağı təbəqədəyəm. Mənim İcra Hakimiyyətim bizim baş idarənin rəisi ilə müqavilə bağlayıb. Bu müqaviləyə görə bələdiyyələrin yığımını "JEK"lər sakinləri yaxşı tanıdığına görə bu yığımı da bizə tapşırdi”.

Millət vəkili, Fazil Mustafanın fikrincə hüquqi tərəfdən mövcud olan qurumlar bələdiyyələrdir və bu funksiyaları Mənzil İstismar Sahələri deyil məs Bələdiyyələr həyata keçirilməlidilər.

Millət vəkili, Fazil Mustafayev: “Məncə ev pulunun ödənilməsi üçün vətəndaş xidmət görmür bu qurumlardan ona görə heç birini ödəməməlidir. Çünki xidmət görmür onlar tərəfdən. Amma mövcud olan qurum bələdiyyələrdir. Məncə bu funksiya bələdiyyələrə verilməli, qarışıqlıq ortadan qaldırılmalıdır”.

Bir sözlə, vətəndaşlar qalıb iki daşın arasında. Mənzil haqqını "JEK"lərə ödəsin, yoxsa bələdiyyələrə. Hər halda bu gün fəaliyyəti qanunsuz olan MİS-lər, Bələdiyyələrdən daha artıq təşəbbüs göstərir. Bu təşəbbüsə sakinlərdən zibil pulu, mənzil haqqı bir də ki, Bələdiyyə pulu, yəni, ümumi torpaq vergisi yığılmasıda daxildir. Bir neçə gün əvvəl isə Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında sədr Arif Rəhimzadə bildirib ki, Mənzil İstismar Sahələri yaxın vaxtlarda ləğv ediləcək. Çünki Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilərkən "JEK"lərin adı qeyd edilməyib./ans/
2461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı