Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Katalonlar müstəqillik yürüşlərinə başladılar

İspaniyanın Kataloniya muxtar regionunda müstəqillik tərəfdarları hökumətə qarşı yürüşlərə başlayıblar. Barselona şəhərində baş tutan aksiyaya 10 minlərlə insan qatılıb.

Bir qədər əvvəl İspaniyanın konstitusiya məhkəməsi regionda müstəqillik üçün referendum keçirilməsini nəzərədə tutan qanun layihəsininin fəaliyyətini dayandırmışdı. Genişmiqyaslı etirazların baş qaldırmasına da məhz bu səbəb olub.

Aksiya zamanı etirazçılar mərkəzi hökumətə qarşı itaətsizlik çağırışı ediblər və 9 noyabrda referenduma gedəcəklərini bildirilər. Fəallar qeyd edib ki, rəsmi Madrid onların referendum tələblərinə müsbət cavab verməsə də, səsvermə baş tutacaq. “Bizim üçün səsverməyə doğru gerisayım dayanmayıb” - deyə fəallradan biri əlavə edib.

Oxşar hadisələr, regionun şimal-şərq şəhərlərində də baş tutub.

Məhkəmə Kataloniya rəhbərliyinin tələblərinin ölkə konstitusiyasına uyğun olub-olmadığını araşdırmaq üçün 5 ay müddətində qanunun fəaliyyətini dayandırıb.

Ölkənin baş naziri Mariano Raxoy referenduma qarşı çıxaraq onun ölkə konstitusiyasına zidd olduğunu deyib.

Kataloniya hökumətinin rəhbəri Artur Mas hökumətin bu hərəkətini katalonlara qarşı düşmən münasibəti kimi dəyərləndirib.

Yeni qanun layihəsi ilə Kataloniya parlamenti noyabrın 9-unda region əhalisini müstəqilliyə “bəli” və ya “xeyr” deməyə dəvət edirdi.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...