Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Ebola virusu ABŞ-da

Ölümcül Ebola virusu Amerika Birləşmiş Ştatlarına da yol tapdı.

Virusa yoluxan şəxs ötən gün Texas ştatının Dallas şəhərində ortaya çıxıb. Səlahiyyətli şəxslər şübhəlini muayinə və müalicə etdikdən sonra onun virusa yoluxduğunu təsdiqləyiblər.

Şəxsin ilk dəfə Liberiyada bu virusa yoluxduğu ehtimal edilir. Lakin o, Amerika Birləşmiş Ştatlarına gəldikdən sonra virusun simptomları özünü göstərməyə başlayıb.

İlk dəfə Qərbi Afrikada baş qaldıran virus, əsasən, Liberiya, Qvineya, Siera-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub ki, onların yarısının öldüyü bilirilir.
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı