Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Azərbaycanda evə silahlı basqın edərək 7 nəfəri öldürən şəxs həbs edilib

Hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb

Goranboyda qətlə yetirilən şəxslərin adları açıqlanıb.

Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./apa/
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP