Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Rusiya ordunu “İskander” raketləri ilə gücləndirir

Rusiya ordusunun 7 briqadası 2015-ci ilə kimi “İskander-M” operativ-taktiki raket kompleksləri ilə təchiz ediləcək.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının baş komandanı general-polkovnik Oleq Salyukov jurnalistlərə açıqlamasında deyib.

“Hazırda uzunmüddətli dövlət müqaviləsinə uyğun olaraq artıq 4 briqadaya “İskander-M” raketləri göndərilib. İlin sonuna kimi Mərkəzi Hərbi Dairəsi daha 1 komplektlə təchiz olunacaq. 2015-ci ilə kimi isə Cənub və Şərq Hərbi Dairələrinin raket birləşmələrinə iki komplekt göndəriləcək”, - Salyukov bildirib.

Qeyd edək ki, “İskander” Rusiya Quru Qoşunlarının ən güclü zərbə kompleksi hesab olunur.
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10