Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Netanyahu "İŞİD" liderinə bənzədildi

Fələstin rəsmilərindən biri İsrailin baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışına adekvat cavab verib.

İnterAz-ın maannews-a istinadən məlumatına görə, Fələstinin Xalq Azadlıq Təşkilatının sədri Saib Ərəkat Netanyahunu "İŞİD" lideri Əbu Bəkr əl-Bağdadiyə bənzədib.

"Netanyahu Əbu Bəkr əl-Bağdadinin başçılıq etdiyi "İslam dövləti"nin qorxulu olmasını təbliğ edir, amma unudur ki, özü də "İudaizm" dövlətinin başçısıdır. O, özü bizdən tələb edir ki, onun dövlətini "yəhudi dövləti" adlandıraq, bununla da, terrorçu yəhudi məskunlarını dəstəkləyək. O məskunlar ki, günahsız insanları qətlə yetirirlər, məscidləri, kilsələri yerlə yeksan edirlər, yandırırlar, eynilə, Bağdadinin terrorçu tərəfdarlarının etdiyi kimi." - Saib Ərəkat jurnalistə müsahibəsində deyib.

Bildirək ki, İsrailin baş naziri BMT-dəki çıxışında HƏMAS müqavimət hərəkatını "İŞİD"lə müqayisə edib və İsrailin Qəzzaya qarşı əməliyyatlarının "ədalətli" olmasını sübut etməyə çalışıb.
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat