Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Başçının üzü ağ edən “Təmiz Binəqədi”si – Fotolar

Binəqədi İcra Hakimiyyətinin “Təmiz Binəqədi” layihəsi barədə rəsmi məlumatda yazılır:

“Təmiz Binəqədi” layihəsinin məqsədi Bakıda keçiriləcək “Avropa Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.

1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılır.

Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.

Axar.az əməkdaşı payızın əvvəlindəcə yağan yüngül yağışdan iki gün ötəndən sonra “Təmiz Binəqədi” layihəsinə start verən Binəqədi rayonunun cəmi iki küçəsini əhatələyən fotoreportajı təqdim edir. Bu fotolar layihənin necə sürətlə və peşəkarlıqla həyata keçirildiyini təqdiqləyən faktdır. İnanırıq ki, Bakıda keçiriləcək Olimpiya Oyunlarında da işayət yağış yağsa, üzümüz beləcə ağ olacaq...

P.S. Fotoreportajlar davam edəcək – Sərəncamda deyildiyi kimi, küçə-küçə, məhəllə-məhəllə, park-park...






912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu