Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Müəllim 150 manat əmək haqqı alırsa...

Azərbaycan müəllimlərin maaşına görə MDB məkanında hansı yeri tutur?
Müəllimlərin əməkhaqqı səviyyəsinə görə, Azərbaycan potensialına uyğun olmayan yerdədir

Təhsil Müzakirəyə çıxardığımız, müəllimlərin repetitorluq məsələsinə bir də qayıdırıq. Səbəb sizə maraqlı ola bilər! Düşünməyin ki, fərqli mövqeydəyik, ya da repetitorluq edən müəllimlərin pulunu sayırıq. Əksinə istəyimiz odur ki, müəllimin maddi vəziyyəti düzəlsin. Bu həm də valideyin üçün yaxşıdır.

Şəfayə Cəfərova Dil-ədəbiyyat müəllimidir. 15 ilə yaxındır ki, bu fənni tədris edir. Çalışdığı Sabunçu rayon 64 saylı məktəbdən cəmi 150 manat maaş alır. Himayəsində biri xəstə olmaqla üç körpəsi var. Yataqxanada, birotaqlı mənzilində həm də həftədə iki dəfə 7 şagird hazırlaşdırır. İndi təsəvvür edin, 3 uşaq, 7 şagird və darısqal otaq.

Müəllim, Şəfayə Cəfərova: “Dövlətin bizə ayırdığı məvacib bizə yetmir çünki, mən 150 manat məvacib alıram. Uşaqlarım əkiz kimi uşaqlardır. Körpə uşaqların ikisinə də yemək, pampers, aldığım maaş çatmır. Məcburam ki, əlavə dərs verim”.

Şəfayə xanım özü səmimi etiraf edir ki, müəllim normal əmək haqqı alarsa bu dərsin keyfiyyətinə də təsir edər.

Müəllim, Şəfayə Cəfərova: “Müəllimin maddi marağı yoxdur. Müəllim 150 manat əmək haqqına işləyir. Bu ölkədə həkim özəl klinikalarda çalışır. Müəllimin belə imkanı yoxdur, Məcburdur uşaq hazırlaşdırsın.
Yəni, siz etiraf edirsiz ki, müəllim maraqlı deyil?
Əlbəttə. Əgər müəllimə yaxşı maaş versə, bu müəllim üçün də yaxşıdır, valideyn üçün də”.

Açığı, bu fikirlərlə barışmamaq olmur. Peşəmizdən asılı olmayaraq hər birimiz müəllimlərimizə borcluyuq. Müəllimin bu gün borc içində yaşamasını da bəlkə bu səbəbdən həzm etmək mümkün deyil. Bir halda ki, bu ölkədə polisin əməkhaqqı 600 manatdan başlayırsa, vergi işçiləri təxminən eyni maaşa qol çəkirsə, neft sektorunda çalışanlar pula pul demirsə, nədən onları yetişdirən müəllim ehtiyacın quluna çevrilməlidir? Bəli, bu gün tənqid etdiyimiz repetitorluq əslində düşündüyümüz qədər sadə proses deyil. Müxtəlif ailələrdən çıxan müxtəlif xarakterli, müxtəlif tərbiyəli uşaqları bir araya gətirmək, onların kaprizlərinə göz yummaq, təmizini təmiz, natəmizini natəmiz, yəni necə var o cür, olduğu kimi qəbul etməyi hər kəs bacarmaz.

Müəllimlərsə bunu bacarmaq məcburiyyətindədirlər. Çünki, dolanışığı bu uşaqlardan çıxır. Başqa ölkələrdə isə müəllimin vəziyyəti bu qədər acınacaqlı deyil. Məsələn, millət vəkili Əli Məsimli ANS-in efirində maraqlı bir açıqlama verdi. Dedi ki, əməkhaqqının səviyyəsinə görə, Azərbaycan MDB məkanında Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Amma müəllimlərin əməkhaqqı səviyyəsinə görə, Azərbaycan potensialına uyğun olmayan yerdədir.

Millət vəkili, Əli Məsimli: “Rusiyada müəllimlərin maaşı orta əməkhaqqına yaxındırsa, Qazaxıstanda 500-600 manat alırsa, bizdə heç 200 manat da deyil! 7,2 dəfə azdır”.

Deməli çıxış yolu müəllimlərin əməkhaqqını artırmaqdadır. Bəs bu repetitorluqla bağlı vəziyyəti düzələcəkmi? Hər halda, güman edək ki, müəyyən qədər nizam-intizam yaranacaq. Bu gün ortalıqda belə bir təəssürat yoxdur. Əksinə belə bir təəssürat var. Nə qədər ki, müəllim repetitorluqla məşğuldur, o vaxta qədər orta məktəblərdə yaxşı tədrisdən söhbət gedə bilməz./ans/
2256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı