Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Milli Şuranın mitinqinə ilk dəstək «SOVETSKİ»dən

Məhəllə sakinləri öz problemlərini nümayiş etdirmək üçün müxalifətin aksiyasına qoşulacaqlar

Məlum olduğu kimi, Milli Şura oktyabrın 12-də Bakıda mitinq keçirməklə bağlı qərar qəbul edib. Xeyli müddətdir davam edən müzakirələrin yekun qərarı dünən verilib. Azərbaycanda son həbslər və insan haqlarının kobud şəkildə pozulmasına etiraz etməyə hazırlaşan müxalifət düşərgəsinə isə artıq ilk dəstək gəlib.

Əldə etdiyimiz məlumata görə, Milli Şuranın mitinqinə qatılmaqla bağlı ilk qərarı verənlər «Sovetski» camaatı olacaq. Bu gün bir qrup sakin müxalifət düşərgəsinə müraciət edərək, öz problemlərini şüar şəklində səsləndirmək üçün aksiyaya qoşulmaq fikrində olduqlarını çatdıracaqlar.

Qeyd edək ki, «Sovetski» məhəlləsinin camaatının etiraz aksiyasına qoşulmaq niyyətində olması son dövrlər onların evlərinin sökülməsi və bunun müqabilində az miqdarda kompensasiyanın verilməsidir. Bu ilin əvvəlindən başlayan proseslə bağlı bir neçə dəfə aksiya keçirilsə də, hökumət onların tələblərini yerinə yetirməkdən imtina edib. Hazırda isə camaatı «Sovetski»dən zorla çıxarmağa başlayıblar./jam/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP