Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Əbu-Bəkr Çeçeni öldürüldü

Nur-az.com-un MehrNews-a istinadlı məlumatına əsasən, İraq təhlükəsizlik qüvvələri İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terror təşkilatının liderlərindən olan Əbubəkr əş-Şişaninin (Çeçeni) öldürüldüyü və daha 4 nəfərin əsir götürüldüyünü bildiriblər.
Əbubəkr əl-Şişani İŞİD tərəfindən Diyala məntəqəsinə vali təyin edilmişdi.
Məlumatı əl-Əhrar fraksiyasının üszvlərindən olan Hakim əl-Zamuli verib. O deyib: Təhlükəsizlik qüvvələri və xalq müqaviməti dəstələri Əbubəkr əl-Şişani adlanan və Diyalanın valisi kimi tanınan terrorçunu öldürmüşlər. Əməliyyatda digər dörd terrorçu əsir götürülüb. Əməliyyat Diyalanın Babu-Lan kəndində həyata keçirilib.
Qeyd edək ki, Diyala əyalətinin qərb hissəsindəki məntəqələrdə təkfirçi terrorçularla təhlükəsizlik qüvvələri və xalq müqaviməti arasındakı döyüşlər bir neçə aydır ki davam edir.
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber