Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Yezdi qadınlar Ərəbistanda satılırlar!

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, təkfirçi terrorçu qruplaşma olan İraq və Şam İslam Dövləti (İŞİD) İraqın yezdi qadınlarının bir qrupunu kəniz kimi satmaq üçün Səudiyyə Ərəbistanına aparmışdır. Qadınları oradakı eyş-işrətlə məşğul olan ərəblər satın alırlar.
Səudiyyə Ərəbistanının Riyaz şəhərinin ər-Rəqiq bazarı yezdi kənizlərin alqı-satqı mərkəzinə çevrilmişdir.
Digər tərəfdən Rusiya əl-Yəvm kanalı bildirib ki, son zamanlarda 2000-dən çox iraqlı yezdi qadın satış üçün Ərəbistana daxil edilmişdir.
Verilən məlumatlara görə, yezdi qadınların çoxunun yaşı 21-dən azdır.
Qeyd etmək lazımdır ki, İraq yezdiləri öz ölkələrinin rəsmilərindən bu məsələni olduqca tez yoluna qoymaq və qaçırılmış şəxslərin geri qaytarılması üçün hərəkətə keçməyi tələb ediblər.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP