Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Türkiyə Suriyaya hərbi müdaxilə edəcəkmi?!

Suriyanın əl-Vətən qəzetinin yazdığına görə, hərbi ekspertlər bildiriblər ki, İŞİD və Anti-İŞİD koalisiyası Türkiyənin Suriyaya müdaxiləsinə zəmin yaratmaq üçün çalışırlar.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Türkiyə ordusu ardıcıl olaraq iki gündür ki, öz ordu qüvvələrini Suriyanın şimalındakı Eynul-Ərəb şəhərilə sərhədə toplamağa davam edir.
Təkfirçi terrorçu qruplaşma olan İraq və Şam İslam Dövləti (İŞİD) də bu şəhərin mühasirəsini gücləndirmiş və şəhərin 3 kilometrliyinə çatmışdır.
Hərbi ekspertlər Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Eynul-Ərəbə təzyiqlərin artırılması üçün İŞİD terrorçuları ilə əməkdaşlıq etdiyini bildirirlər.
Ekspertlərin fikrincə, İŞİD əleyhinə koalisiyanın Eynul-Ərəb şəhərini təhdid edən təhlükəyə göz yummasının özü də Türkiyənin neytral zona yaratmasını ört-basdır edir. Sözügedən Neytral zona (Türkiyənin iddiasına görə) qaçqın düşmüş kürdlər üçün təhlükəsiz yerdir.
Bu arada Türkiyənin son prezident seçkilərində namizədliyini irəli sürmüş Milli Demokrat Partiyasının sədri Səlahəddin Dəmirtaş Eynul-Ərəb şəhərinə baxış keçirmişdir. O rəsmi Ankaradan terrorçular əleyhinə tədbirlər görməyi tələb etmişdir.
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59