Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

ABŞ Yaxın Şərqə 2.300 hərbiçi yerləşdirir

Nur-az.com-un Press TV-yə istinadlı məlumatına əsasən, Amerikanın Müdafiə Nazirliyi olan Pentaqonun sözçüsü 2300 nəfər dəniz desantını regionda baş verən böhranlara təcili müdaxilə etmək məqsədilə Yaxın Şərqdə yerləşdirmək istəyir.
Admiral Con Kerbi dünən jurnalistlərə verdiyi açıqlamada deyib: ABŞ Yaxın Şərqdə Zərbə qrupunu yerləşdirməyə hazırlaşır.
O əlavə edib: Qrupun tərkibinə bir neçə qırıcı təyyarə daxildir və “ehtimal edilən” hallarda təcili hərəkətə keçməyə hazır olacaq. Plan əvvəlcə 2013-cü ildə hazırlanıb və “İraqdakı hazırkı əməliyyat”la əlaqəsi yoxdur.
Halbuki, ötən həftə adının çəkilməsini istəməyən dəniz desantları bölməsinin yüksək rütbəli məmuru demişdi ki; Zərbə qrupu Küveytdə yerləşəcək.
ABŞ prezidenti Barak Obama iddia edir ki; ölkənin quru qüvvələri İŞİD-lə mübarizə aparmaq üçün İraq və Suriyaya göndərilməyəcək. Lakin ekspertlər deyirlər ki; ABŞ prezidentinin iddialarının əksinə olaraq, quru qüvvələri regiona göndəriləcəklər.
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı