Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

BMT: İŞİD 4.000 qadın oğurlayıb!

Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, BMT-nin sülhməramlı səfiri Katrin Russel bildirib ki, bəzi hesabatlara əsasən, təkfirçi terrorçu qruplaşma olan İraq və Şam İslam Dövləti (İŞİD) terrorçuları İraq və Suriyada 1500-dən 4000-ə qədər qadın oğurlayıb. O məntəqədki vəziyyətin böhran həddində olduğu xəbərdarlığını edib.
K. Russel deyib: Bunlardan əlavə, bəzi məlumatlara əsasən ərəb və Avropa ölkələrindən olan bəzi qadınlar könüllü şəkildə İŞİD sıralarına qoşulurlar. Belə ki, Fransa rəsmiləri öz vətəndaşlarından 63 nəfər qadının İraq və Suriyada İŞİD-ə qoşulduğu haqda məlumat vermişlər.
O deyib: Terrorçu qruplaşmalar qadınları daha çox öz üzvlərini təşviq etmək və terror aktları törətmək üçün istifadə edirlər. Misal üçün 2002-ci ildə çeçen terrorçular özlərilə birgə olan qadınlardan istifadə etməklə Moskvada 800 rus vətəndaşını girov götürdülər və bunun nəticəsində 130 nəfər öldürüldü.
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:41