Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Kastro qardaşlar məscidə izn vermədi

Türkiyə “Diyanət” vəqfinin Kubada tikdirmək istədiyi məscidə izn verilmədi. “Doğan” agentliyinin verdiyi məlumata görə, Kuba sosialist inqlabının lideri Fidel Kastro və dövlət başçısı Raul Kastro Havanada məscidə ehtiyac olmadığını bəyan ediblər.

Bu barədə məlumatı Kuba İslam İcmasının sədri Lazo Torres verib. Torres eyni dövrdə rusların Havanada ortodoks kilsəsi tikmək üçün müraciət etdiyini, onlara izn verildiyini, amma məscid tikintisi üçün icazə verilmədiyini deyib.

Kubada İslam dininə marağın çox olduğunu deyən Lazo Torres bildirib ki, təkcə Havanada hazırda əksəriyyəti müsəlmançılığı qəbul etmiş kubalı olan 4 000-dən çox müsəlman var.

Xatırladaq ki, Mustafa Tutkun adlı Türkiyə vətəndaşı bu ilin aprel ayında “Diyanət” vəqfi ilə Kubaya səfər etdikdən sonra paytaxt Havanada məscid tikdirmək üçün Kuba rəsmilərinə müraciət etmişdi.
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08
Ustad Qira