Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

“Mənim ağzımı açdırma, Gülər”

Ayxan Məmmədov: “O sözləri məhkəmədə üzümə deyəydi...”
“Mandat qalmaqalı”nın tərəflərindən biri, ötən ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbsdə olan sabiq deputat Gülər Əhmədovaya cavab verib. A.Məmmədovun müraciətinin səbəbi G.Əhmədovanın son məhkəmə iclasında S.Babayeva barəsində dedikləri olub. Sabiq millət vəkili S.Babayevanın xalası Zərifə Cəbiyevaya bildirdi ki, S.Babayevanı bədbəxt edən elə onun xalasıdır: “Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm. Siz mənə zəng edəndə dedim ki, Sevinci mən göndərməmişəm”.
A.Məmmədovun kifayət qədər qəzəbli və sərt üslubda yazdığı cavabı isə “Yeni Müsavat” olaraq tam dərc edə bilmirik. Çünki müraciətdə qeyri-etik ifadələr çox idi. Mümkün olan, maksimum ixtisar etdiyimiz variantı oxucularımızın nəzərinə çatdırırıq: “Gülər Əhmədova artıq nə danışdığını bilmir. O sərhədi keçir. Məni gözdən salmaq istəyir. Məni şükür Allaha, tanıyan tanıyır. Mənim anam atamdan ayrılıb. Taleyi belə gətirib. Hər ərindən ayrılan bəyəm pozğun olmalıdır? Gülər kimi ailəli olmaqdansa ayrılmaq yaxşıdı. Yaxşı ki, Allah sənə gözəllik verməyib. O günləri yadına sal. Anam sənə yeməyinə və siqaretinə kimi o vaxt alırdı. O vaxt Vigor siqareti çəkirdin. Mənim ağzımı açma, Gülər. Belə düz danışansan o sözləri mənim məhkəmədə üzümə deyərdin. Özünə hörmət eləyən adam heç vaxt heç kimin dalınca danışmaz. Özü də olmayan şeyləri. Bil ki, qarşılığı gələcək, özü də çox pis. O vaxtı Elşad Abdullayev sənə düz demişdi bəzi sözləri, sən ona layiqsən. Sənə inanan sənin tayın olar”.
2440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...